Ukrayna Şimali Makedoniyaya qalib gəldi

17 İyun 2021 18:50

Avro-2020-nin qrup mərhələsi davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 7-ci oyun gününə nəzərdən tutulan üç oyundan biri başa çatıb.

Əvvəlcə C qrupunda Ukrayna Şimali Makedoniya ilə qarşılaşıb. Görüş Ukrayna millisinin qələbəsi ilə başa çatıb - 2:1. Bu, Andrey Şevçenkonun komandasının turnirdə ilk qələbəsi olub. 

B qrupunda Danimarka Belçika ilə üz-üzə gələcək. Günün sonuncu matçında isə C qrupunda Niderland Avstriya ilə oynayacaq.

Avropa çempionatı

2-ci tur

C qrupu

17:00.Ukrayna - Şimali Makedoniya - 2:1 
Qollar: Yarmolenko, 29 (1:0), Yaremçuk, 34 (2:0), Alioski, 57 (2:1)
Baş hakim: Fernando Rapallini (Argentina)
Buxarest, "Milli Arena"

23:00. Niderland - Avstriya
Baş hakim: Orel Qrinfeld (İsrail)

B qrupu

20:00. Danimarka - Belçika
Baş hakim: Byörn Kuypers (Niderland)
Kopenhagen, "Parken" stadionu

Milli.Az