Ağdamda minaya düşən şəxsin meyiti ailəsinə təhvil verildi

17 İyun 2021 18:38

Ağdamda itkin düşərək minaya düşən şəxsin meyiti ailəsinə təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, minaya düşərək həlak olmuş Ağdam rayon sakini Cəsarət Hətəmxanovun meyiti Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən minalarla və partlayıcı maddələrlə çirklənmiş ərazidən götürələk aidiyyəti üzrə təhvil verilib.

Milli.Az