Muskat qozu muskat ağacının kiçik və bərk meyvəsidir. Muskat ağacı 100 il ömür sürə bilir və bunun ilk 40 ilində meyvə yetişdirir. Muskat ağacı bir ildə 10 min ədəd muskat qozu yetişdirə bilir. Bu meyvələrin isə təxminən yarısı yetişənə qədər tökülür. Muskat qozunun həm daxili, həm də xarici təbəqəsi sərt olur. Onu istifadə etmək üçün saxlamaq istədikdə günəşin altında tam qurudur və odun üstündə qovururlar. Muskat qozunun tam yetişməsi üçün 2,5-4 ay vaxt lazım gəlir. Tam yetişmiş qoz oval şəkildə 2-3 sm uzunluğunda və 1-2 sm enində olur. Muskat qozundan qədim Yunanıstan və Romada geniş istifadə ediblər. Həmin zamanlar bu qoz bir çox xəstəliklərin müalicəsində və otağı ətirləndirmək üçün istifadə olunub. Avropa ölkələrinə muskat qozu portuqaliyalıların və hollandiyalıların kütləvi surətdə sürgünündən sonra gətirilib. Sürgün edilən insanlar Mollukkski adasında kök salmışlar. Həmin adada isə muskat qozu bitirmiş. Orada qozun bu növünü görən avropalılar onu qiymətləndirmişlər. Muskat qozu Yama və Sumatra adalarında yabanı halda bitir. İndi Hindistanda və Latın Amerika ölkələrində muskart qozu xüsusi plantasiyalarda yetişdirilir və dünyaya idxal olunur. Braziliya, Afrika, Şri Lankada onun yetişdirilməsi ilə xüsusi məşğul olurlar.
100 qram muskat qozunun qida dəyəri:
- Zülallar - 21 qr
- Yağlar - 49 qr
- Karbohidratlar - 7,5 qr
- Su - 9,5 qr
- Kalori - 557 kKal.
Muskat qozunun tərkibində A, PP, E, B qrup vitaminlər, fosfor, dəmir, maqnium, kalsium, xlor, kükürd, natrium, sink, yod, efir yağları, nişasta, pektin və s. var.
Muskat qozunu az miqdarda qəbul etdikdə belə o orqanizmə öz təsirini göstərir. Az miqdarda muskat qozu ürək-damar sisteminə və sinir sisteminə stimulyasiyaedici, tonuslandırıcı təsir göstərir.
Şərq təbabətində muskat qozundan kişilərə eyakulyasiyanın gec alınması, impotensiyanın aradan qalxması, cinsi həvəsin artması üçün istifadə edilir. Muskat qozu cinsi oyanmanı sürətləndirir.
Az miqdarda muskat qozu yemək yuxunun normallaşmasına, sinir sisteminin sakitləşməsinə səbəb olur. Onu çaya əlavə edib içmək immuniteti artırır. Soyuqlamanın ilk günlərində muskat qozu əlavə edilmiş çay içmək xəstəliyin tez bir zamanda sağalmasına səbəb olur. Muskat qozunu un şəklinə salıb günəbaxan yağı ilə qarışdıraraq maz hazırlanır. Bu mazdan miozitlər, artritlər, revmatizm və osteoxondroz zamanı oynaqlara sürtmək xəstəliklərin əlamətini azaldır. Mazı ağrıyan nahiyəyə sürtmək, üstünü örtdükdən sonra isti dəsmlla bağlamaq və dəri tərəfindən sorulmasını gözləmək lazımdır. Bu prosedur ağrıların azalmasına səbəb olur.
Muskat qozu qəbizlik, diareya və digər bağırsaq xəstəliklərinin sağalmasını sürətləndirir. Bu məqsədlə muskat qozunu toz şəklinə salıb qatıqla qarışdırmaq, zəncəfil və suxari əlavə edib yemək lazımdır.
Qida sənayesində muskat qozundan şirniyyatların, desertlərin, şokoladların, sousların, qarnirlərin, tərəvəz və ətdən hazırlanmlş yeməklərin bişirilməsində istifadə edilir. Muskat qozunu ketçuplara, şərablara, çaylara əlavə edirlər. Ondan qidaların dadlandırılması məqsədilə istifadə edilir. Muskat qozundan alınan efir yağlarından aromaterapiyada istifadə edilir. Avropa ölkələrində muskat qozundan əldə edilən esensiyanı sousları, pendirləri və qorçitsaları dadlandırmaq üçün istifadə edilir.
Muskat qozunun zərərli xüsusiyyətləri.
Muskat qozunun tərkibində olan elimitsin, metilenedlok - siamfetamin və bu kimi maddələr orqanizmə narkotik təsiri bağışlaya bilir. Bu insanlarda halyusinasiya görmələrə səbəb ola bilir. 3-4 təzə muskat qozu yemək spazmlarla müşahidə edilən zəhərlənmələrə səbəb olur. Hamilə qadınlara, epilepsiya tutmaları zamanı xəstələrə muskat yağı istifadə etmək olmaz.
Milli.Az