Xəstəliyim çox dərinləşib" - Afaq Bəşirqızı

17 İyun 2021 19:12

Xalq artisti Afaq Bəşirqızı uzun fasilədən sonra efirə çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Elgizlə izlə" proqramında qonaq olub. Bir müddət əvvəl səhhətində ciddi problem olduğu deyilən Bəşirqızı özünü yaxşı hiss etdiyini bildirib.

"Günü-gündən yaxşılaşıram. Bunu 5-6 aya bilmək mümkündür. Mənim xəstəliyim çox dərinə getmişdi. Onun tam sağalması yox, bir az dirək olması mümkündür. Səhər açılanda həkimdəyəm, axşam evə gəlirəm" deyə, aktrisa bildirib.

Milli.Az