"Kişisən, çıx çölə" deyib, öldürdü - FOTO

17 İyun 2021 20:24

Antalyada (Türkiyə) 30 yaşlı Halil İbrahim Dörtkardeş avtomobilini yerləşdirərkən 31 yaşlı Erkan Şahinlə mübahisə edib.

Milli.Az xəbər verir ki, mübahisə sonda Şahinin qətli ilə nəticələnib. Belə ki, Halil İbrahim liftlə evinə qalxmaq istəyən Şahinə "kişisən çölə çıxarsan" deyib. Ardınca da bıçağı çıxarıb həmin şəxsi qətlə yetirib. Halil İbrahimin bu qətl də daxil olmaqla bir çox cinayətlər törtədiyi və polis tərəfindən axtarışda olduğu məlum olub.

Kamran Seyidov
Milli.Az