Van Dammın oğlunun azərbaycanlı qızla nikahının harada baş tutduğu məlum oldu

17 İyun 2021 15:24

Azərbaycanlı pianoçu Suada Hacızadə ilə məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Dammın nikah mərasiminin keçirildiyi yer məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı pianoçu xanım Suada Hacızadə ilə Kristofer Van Damm Türkiyədə nikaha girib.

Mərasim Azərbaycanın İstanbuldakı Baş konsulluğunda təşkil olunub.

Kristofer Van Damm azərbaycanlı pianoçu Suada Hacızadə üçün ABŞ-dan Türkiyəyə gəlib və konsulluğun binasında rəsmi nikah mərasimi keçirilib.

Milli.Az