İranda ötən sutka ərzində koronavirusdan 139 nəfər ölüb

18 İyun 2021 04:00

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 139 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 82619 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 10291 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3070426 nəfərə çatıb.

Milli.Az