Ölkəmizdə təhsil alan xarici tələbələrin sayı açıqlandı

18 İyun 2021 04:15

2020-2021-ci tədris ili üzrə Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Təhsil Nazirliyinin 2020-2021-ci tədris ili əlaqədar hesabatında bildirilib. Qeyd edilib ki, tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.

Milli.Az