Rusiyada son sutkada 14 057 nəfər COVID-19-a yoluxub, 416 nəfər ölüb

17 İyun 2021 18:42

Rusiyada son sutka ərzində daha 14 057 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 264 047 nəfərə çatıb.

Son sutka ərzində 416 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 127 992 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Milli.Az