Kapitan oyunun ən yaxşısı oldu

17 İyun 2021 21:31

Avro-2020-nin C qrupunda bir qədər əvvəl başa çatan Ukrayna - Şimali Makedoniya matçının (2:1) ən yaxşı oyunçusu bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu ada Ukrayna millisinin kapitanı Andrey Yarmolenko layiq görülüb.

31 yaşlı hücumçu komandasının ilk qolunu vurmaqla yanaşı, ikinci qolun ötürməsini də verib.

Milli.Az