Ermənistanda COVID-19-a yoluxanların sayı 224000-ə çatıb

18 İyun 2021 04:30

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 96 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224000-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 1 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4491-a çatıb

Milli.Az