Ali məktəblərə müsabiqədənkənar sənəd qəbulu başlayıb. Kimlər müsabiqədə iştirak edə biləcək? Hansı ixtisaslara şamil olunur? Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə müsabiqə ilə bağlı şərtləri açıqlayıb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ali məktəblərə müsabiqədənkənar qəbul olmaq istəyənlər üçün sənəd qəbulu başlayıb.
DİM -in sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, iki kateqoriyaya aid olan abituriyentlər var ki, onlar müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul ola bilərlər.
Xanlar Xanlarzadə bildirib ki, bu yalnız seçilən ixtisaslara şamil olunur.
Müsabiqdə iştirak edəcək şəxslər lazımı sənədləri Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrinə təqdim etməlidirlər. Sənəd qəbulu bugündən iyulun 9-dək aparılır.
Milli.Az