ABŞ Ermənistandakı vətəndaşlarına çağırış etdi

17 İyun 2021 14:48

ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədəki vətəndaşlarına müraciət edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, səfirlik amerikalıları Ermənistandakı seçkidən sonra gözlənilən aksiyalar zamanı sayıqlıqlarını qorumağa çağırıb.

Bundan başqa, səfirlik Ermənistanda növbəti iki həftə ərzində mitinqlərin olacağını, buna görə də diqqətli olmalarını istəyib.

Milli.Az