Laçındakı qəzada həlak olan hərbçilərin FOTOsu

17 İyun 2021 10:37

Dünən Laçın rayonunda qəzaya düşərək həlak olan hərbçilərin fotosu yayılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki,  hadisə hərbçilər sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında baş verib. "MAZ" markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu vəfat edib.

Baş leytenant Elməddin Nəsibov

 

Gizir Kamal Kamallı