"Səbail" futbolçusu ilə müqaviləni uzatdı

17 İyun 2021 21:29

"Səbail" müdafiəçi Adil Nağıyev ilə müqavilənin müddətini artırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, anlaşmaya əsasən, 26 yaşlı futbolçu daha 1 il "dənizçilər"in formasını geyinəcək.

Adil Nağıyev 2019-cu ilin avqustundan "Səbail"də çıxış edir.

Qeyd edək ki, "Səbail" bundan əvvəl Əfran İsmayılov və Rauf Əliyevlə də müqaviləni uzadıb.

Milli.Az