"Qarabağ" - "Aşdod" oyununun vaxtı

17 İyun 2021 21:27

"Qarabağ"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"la ev oyununun vaxtı məlum olub.

Milli.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 20:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 29-da keçiriləcək.

Milli.Az