Saatlıda bir nəfər çayda batıb

17 İyun 2021 09:03

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində 1961-ci il təvəllüdlü Cahangirov Teymur Namaz oğlunun batması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Milli.Az