Sağsağan onu bəsləyən it kimi hürməyə başladı - VİDEO

17 İyun 2021 11:34

Molli adlı sağsağan staffbull cinsindən olan it tərəfindən bəslənildikdən sonra elə özü də it kimi hürməyə başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Peqqi quşun yeni anası olub.

Sağsağan yerdə tərk edilmiş vəziyyətdə tapılıb,o, Avstraliyanın Kvinslend ştatında yaşayan Peqqinin sahibləri tərəfindən himayəyə götürülüb. Vaxt keçdikcə heyvanlar dost olublar.

Staffordşir bulteryeri hətta quş üçün süd də verib. Artıq Molli iti təqlid etməyə də başlayıb. Ancaq sahibləri əvvəlcə hürənin Peqqi olduğunu düşünürdülər.

Milli.Az