Koronavirusa qarşı ərəblər bu dərmanı sınayacaqlar

17 İyun 2021 08:39

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) COVID-19-un müalicəsi üçün Böyük Britaniyanın "GSK (GlaxoSmithKline)" əczaçılıq şirkətinin istehsalı olan satrovimabın (VIR-7831) dərmanın istifadəsini elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə əmirliklərin "The National" qəzeti bildirib.

Məlumata əsasən, dərman Əbu-Dabiyə iyunun 15-də gəlib. Beləliklə, BƏƏ bu dərmanı alan və istifadəsinə başlayan dünyada ilk ölkə oldu.

Sotrovimabın çəkisi 40 kq-dan çox olan 12 yaş və yuxarı yaşlı yetkin yaşlı xəstələrdə və yeniyetmələrdə yüngül və orta dərəcədə keçirilən xəstəliyin müalicəsi üçün təsdiq edildiyi qeyd edilib.

Milli.Az