İtaliya klubunda yeni baş məşqçi

17 İyun 2021 21:23

İtaliyanın "Sassuolo" klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, A seriyası təmsilçisi Alessio Dioniziyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Dionizi son olaraq "Empoli"nin baş məşqçilik edib.

Milli.Az