FES baza faiz dərəcəsini yenə dəyişməz saxlayıb

17 İyun 2021 08:08

ABŞ Federal Ehtiyat Sistemi (FES) iyun ayı üzrə keçirilmiş iclasdan sonra baza faiz dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurumun yaydığı sənəddə deyilir.

Qərar əksər analitiklərin də proqnozlarına uyğun gəlib.

Qeyd edək ki, tənzimləyici 2020-ci ilin mart ayında plandan kənar faiz dərəcəsini iki dəfə illik 0-0,25% səviyyəsinə endirəndən bəri bu göstəricini artıq onuncu dəfədir ki, dəyişməz olaraq saxlayır. FES faiz dərəcəsini koronavirus pandemiyasının ağır iqtisadi təsirinə cavab olaraq azaltmağa qərar verib.

Milli.Az