Putin Baydenin onu "qatil" adlandırmasından sonra...

17 İyun 2021 08:53

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ Prezidenti Co Baydenin onun ünvanına işlətdiyi sərt ifadələrlə bağlı sonradan verdiyi açıqlamasına qane olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Putin amerikalı liderlə görüşündən sonra təşkil olunmuş mətbuat konfransında deyib.

"Sərt ifadələrə gəlincə: nə deyə bilərəm, bu açıqlamanı hamımız bilirik. Bundan sonra Prezident Bayden mənə zəng etdi, biz aydınlıq gətirdik, bu izahat məni qane etdi, o, görüşməyi təklif etdi - bu ki onun təşəbbüsüdür, biz görüşdük", - deyə Putin mətbuata konfranslarda bildirib.

Milli.Az