Sabirabad sakinini qardaşı döydü

17 İyun 2021 08:43

Sabirabad sakini qardaşı tərəfindən bellə döyülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Kovlar kənd sakini, 1984-cü il təvəllüdü İbrahimov Pərviz Ağaqardaş oğlu torpaq üstündə qardaşı tərəfindən bellə döyülüb.

P.İbrahimov başının yarılması, ayağının sınığı və digər ağır xəsarətlərlə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az