Bakıda piyadanı avtomobil vurub

16 İyun 2021 23:29

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1952-ci il təvəllüdlü Mahmudova Nigar Mehdi qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az