Bakıda azarkeşlər Türkiyənin oyununa yollanırlar - FOTOSESSİYA

16 İyun 2021 19:26

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ikinci oyun keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, saat 20:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və Uels milliləri üz-üzə gələcək.

Azərbaycanda qardaş ölkə Türkiyənin oyununa maraq isə olduqca böyükdür. Paytaxt küçələrində yüzlərlə azarkeş Türkiyə Milli Komandasının formasını geyinərək qardaş ölkəyə dəstək nümayiş etdirirlər. Onlar artıq Bakı Olimpiya Stadionuna doğru hərəkət edirlər.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az