“Port Wine Grill” 4000 manat cərimələndi

16 İyun 2021 21:00

Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən "Port Wine Grill " restoranın icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Məlumatı DİN Mətbuat Xidmətindən Trend-ə təsdiqləyiblər.

Milli.Az