Bakıda azarkeşlər Türkiyənin oyununu gözləyir - FOTOSESSİYA

16 İyun 2021 18:12

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ikinci oyun keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, saat 20:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və Uels milliləri üz-üzə gələcək.

Azərbaycanda qardaş ölkə Türkiyənin oyununa maraq isə olduqca böyükdür. Paytaxt küçələrində yüzlərlə azarkeş Türkiyə Milli Komandasının formasını geyinərək qardaş ölkəyə dəstək nümayiş etdirirlər.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az