Bu ölkədə pandemiyanın bitdiyi elan edildi

16 İyun 2021 21:40

Avropa ölkəsi COVID-19 epidemiyasının bitdiyini açıqlayıb.

Milli.Az bildirir ki, Sloveniyanın Səhiyyə Nazirliyi ölkədə COVID-19 epidemiyasının bitdiyini açıqlayıb.

Bununla belə, əhalinin vaksinasiyası və bəzi məhdudlaşdırıcı tədbirlər hələ davam edəcək. Belə ki, qapalı məkanlarda qoruyucu maska taxma tələbi, eyni zamanda müəssisələrdə insanların sayı ilə bağlı məhdudiyyətlər və məsafəni qoruma tələbi hələ qalır.

Bundan başqa "qırmızı zona" ölkələrinin mütəmadi yenilənən siyahısı var, oradan gələnlər müəyyən müddət karantində olmalıdır.

Qeyd olunur ki, iki milyon əhalisi olan ölkədə son bir gündə yalnız 112 nəfər koronavirusa yoluxub, iki xəstə vəfat edib. /medicina.az

Milli.Az