Bayden Putinə inandığını başını yelləməklə təsdiqlədi

16 İyun 2021 19:54

ABŞ Prezidenti Co Bayden amerikalı jurnalistlərin onun Rusiya Prezidenti Vladimir Putinə güvənib-güvənmədiyi barədə sualına başını yelləyərək təsdiq cavabı verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Politico" nəşrinin müxbiri Anita Kumar məlumat verib.

"Putinə inanıb-inanmadığı barədə sual verilərkən Bayden təsdiqləyici şəkildə başını yuxarı və aşağı yellədi",- deyə o qeyd edib.

Milli.Az