4 ay üçün 250 min ödədi

17 İyun 2021 02:33

Model Çağla Şıkel bu yayı Çeşmədə keçirmək qərarı alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  pandemiyaya görə səyahət edə bilməyəcəyini bildirən model ev kirayələmək qərarına gəlib.

O, övladları, anası, xalası və uşaqları ilə birlikdə qala biləcəyi villa tutub. 4 ay üçün Çağla evə 250 min lirə (49 min manat) ödəyib.

İllərdir hər yay Bodruma gedən Şıkel oradakı evinə getməmək qərarına gəlib. Buna səbəb isə onun Bodrumdakı evinin balaca olmasıdır. Böyük ailəsi ilə dincəlmək istəyən model çıxış yolunu ev kirayələmdə görüb.

Milli.Az