Bu çimərliklərdə bakteroloji nümunələr standartlara uyğun deyil - Ziyəddin Kazımov

16 İyun 2021 18:24

Dəniz suyunda bağırsaq çöplərinin həddindən artıq olması insanlarda kəskin mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, çimərlik mövsümü başlamamışdan öncə ərazidən dəniz suyu nümunələr götürülür, labortoriyada müayinələr aparılır:

"Bir litr suda bağırsaq çöplərinin icazə verilən norması 5 mindir, lakin bəzi ərazilərdə bu göstərici həddindən artıq normadan çox olur. Məsələn, Qaradağ rayonunda Sahil zonası, Səbail rayonunda Şıx çimərliyi, Suraxanı rayonunda Hövsan çimərliyi, Xəzər rayonunda Türkan çirməliklərində götürülən bakteroloji nümunələr standartlara uyğun gəlməyib. Bu çimərliklərdə istifadə qadağan olunub".

Milli.Az