Türkiyə ordusu terrorçuları MƏHV ETDİ

16 İyun 2021 15:06

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdikləri "Pençe-Şimşek" və "Pençe-Yıldırım" əməliyyatı nəticəsində iyunun 15-da terrorçu PKK qruplaşmasının 5 silahlısı zərərsizləşdirilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində yayılıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında "Pençe-Şimşek" və "Pençe-Yıldırım" əməliyyatları aprelin 23-də başlayıb.

Milli.Az