"Toylara icazə verilən kimi ilk özüm edəcəm"

16 İyun 2021 20:42

Müğənni Nazim Pişiyari oğlunu evləndirir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Sözbaz" proqramında danışıb. O bildirib ki, toylara qoyulan qadağa aradan qaldırılan kimi ilk toyu özü edəcək:

"Nəhayət, oğlumu evləndirirəm. Toylara icazə verilən kimi ilk özüm edəcəm. Gözləməyi düşünmür. Çünki xəstəlik arta bilər, yenidən qapanma olar. Hər bir valideynin arzusudur ki, övladının xeyir işini görsün".

Milli.Az