Sifarişlə 9 maşını yandıran dəstə ələ keçdi - Biri qadındır - VİDEO

16 İyun 2021 15:36

Ximki (Rusiya) şəhərində polis maşınları yandıran cinayətkar qrupu zərərsizləşdirib.

Milli.Az rus mediasına istinadən xəbər verir ki, onlara bununla bağlı sifariş gəlib və onlara 60 min rubl verilib. Nəticədə bir maşın əvəzinə 9-u yanıb. Gənclər bununla vətəndaşlara 13 mln. rubl ziyan vurub. Maraqlıdır ki, onlardan biri qadındır. İstintaqa isə deyiblər ki, internetdə maşını yandırmaq barədə elanla rastlaşıblar.

Kamran Seyidov
Milli.Az