Almaniya 3 faizlik inflyasiyanın astanasındadır

16 İyun 2021 22:34

AFR Federal İqtisadiyyat Nazirliyinin bu gün dərc olunmuş hesabatında xəbərdarlıq edilir ki, cari ilin ikinci yarısından etibarən ölkədə təqribən 3 faizlik inflyasiya gözlənilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya İqtisadiyyat Nazirliyinin bu proqnozu satışdan vergi dərəcələrinin müvəqqəti aşağı salınmasına əsaslanır. Bu fakt istehlak bazarında özünü göstərir.

Hesabatda qeyd edilir ki, may ayında inflyasiya göstəricisi son 10 ildə ən yüksək həddə - 2,5 faizə çatıb və bunun əsas səbəbi enerji daşıyıcılarının bahalaşması ilə bağlıdır.

Lakin hökumət ümid edir ki, bu tendensiya yalnız cari ildə davam edəcək, çox ehtimal ki, gələn ilin əvvəlindən qiymət artımı zəifləyəcək.

Xatırladaq ki, keçən il COVID-19 pandemiyası səbəbindən Avropanın ən iri iqtisadiyyatında təqribən 5 faiz geriləmə müşahidə olunub.

Milli.Az