Bayden NATO-da ABŞ-ın daimi nümayəndəsi vəzifəsinə yeni namizəd irəli sürüb

16 İyun 2021 09:10

ABŞ prezidenti Cozef Bayden digər ölkələrdə səfir vəzifələrinə yeni təyinatlar edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, ABŞ-ın İsraildəki səfir vəzifəsi Tomas Naydsa, Meksikada isə Kenu Salazara təklif edilib.

Bundan başqa, ABŞ-ən NATO-da daimi nümayəndəsi vəzifəsinə Culianna Smitin namizədliyi irəli sürülüb.

Bütün yeni kadr təyinatları ABŞ Konqresinin Senatında təsdiq olunmalıdır.

Milli.Az