Britaniyada həkimlər məcburi koronavirusa qarşı peyvənd olunacaqlar

16 İyun 2021 08:49

Britnaniya hökuməti klinika və qocalar evlərinə işə qəbul edilərkən məcburi koronavirusa qarşı pevənd olunma barədə qərar qəbul edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə , bu barədə "The Times" qəzeti xəbər yayıb.

Hazırda ümumi sayının təqribən 10 faizini təşkil edən Milli səhiyyə xidmətinin təxminən 150 min və qocalar evləri işçi personalının təxminən 16 faizini təşkil edən 52 min əməkdaşı koronavirusa qarşı aşılanmayıb. Qeyd edilir ki, göstəricilər bölgə və etnik qrupdan asılı olaraq fərqlənir. Eyni zamanda, tibbi səbəblərdən aşılanması tövsiyə olunmayan səhiyyə xidmətinin işçilərinin məcburi aşılanmadan azad ediləcəyi vurğulanır.

Milli.Az