ABŞ-da koronavirus qurbanlarının sayı 600 mini keçib

16 İyun 2021 07:11

ABŞ-da koronavirusdan pandemiya başlayandan ölənlərin sayı 600 039-a çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Hesablamalara görə, ABŞ-da ümumilikdə 33 478 513 nəfər koronavirusa yoluxub.

Milli.Az