Qaxda ağır yol qəzasında 1 məzun ölüb, digərləri yaralanıb

15 İyun 2021 23:37

Qax rayonunda mikroavtobusla minik avtomobili toqquşub, bir nəfər ölüb, on nəfərə yaxın sərnişin isə xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,hadisə bu gün axşam saatlarında Qax-Qorağan-Zaqatala avtomobil yolunun, rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax istiqamətində hərəkət edən Ləkit kənd sakininin idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Qəza zamanı minik avtomobilində olan sərnişin ağır xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Mikroavtobusda və minik avtomobilində olan 10-a yaxın sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qaxda yol qəzası zamanı ölən şəxs rayonun Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfər Şamil oğlu Cəfərovdu.

"Daewoo" markalı minik avtomobilini idarə edən C.Cəfərov bu il orta məktəbi qutaran məzundu. Qəza zamanı onun idarə etdiyi avtomobildə yaralananlardan da məzun olanları var.

Milli.Az