Naftalanda 4 yaşlı qızı ilan sancıb

15 İyun 2021 20:18

Naftalanda 4 yaşlı qızı ilan sancıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Naftalan şəhərində fərdi təsərrüfatlardan birində baş verib.

2017-ci il təvəllüdlü şəhər sakini Səmadzadə Zəhra Taleh qızı öz həyətlərində oynayarkən onu ilan sancıb. Təcili xəstəxanaya çatdırılan azyaşlı hazırda durumu stabilləşib və müalicəsi davam edir.

Milli.Az