Ərdoğandan Şuşa paylaşımı

15 İyun 2021 19:39

Hazırda Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhəri barədə paylaşım edib.

"Azadlığına qovuşan Qarabağ, azadlığına qovuşan qədim şəhər Şuşa", - qardaş ölkənin dövlət başçısı bu sözləri özünün "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, bu gün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən Şuşa bəyannaməsi imzalanıb.

Milli.Az