Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb - VİDEO - FOTO

15 İyun 2021 13:17

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.

Prezident İlham Əliyev dedi: Əziz qardaşım, Qarabağ torpağına xoş gəlmisiniz.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Xoş gördük.

Sonra dövlət başçıları Şuşa şəhərinə yola düşüblər.

Milli.Az