Astarada avtomobil piyadanı vuraraq öldürüb

15 İyun 2021 16:24

Astarada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az bildirir ki, hadisə gecə saatlarında rayonun Şahağacı kəndində baş verib. Kənd sakini Mahir Həsənov "VAZ 2107" markalı avtomobillə vurulub və hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Hadisəni törədən avtomobilin sürücüsünün saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az