Yəmənin "Ənsar Allah" hərəkatından olan husi üsyançılarının buraxdığı partlayıcı ilə yüklənmiş pilotsuz uçuş aparatı Səudiyyə Ərəbistanında məktəb binasına düşüb.
Milli.Az ted.az-a istinadən bildirir ki, insident krallığın cənub-qərbində yerləşən Asir əyalətində baş verib. "azırda bütün lazımi əməliyyat tədbirləri davam etdirilir", - telekanal bölgənin mülki müdafiə idarəsinin nümayəndəsi kapitan Abdel Əziz Əl Cilbandan sitat gətirir.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Milli.Az