Kimlər koronavirusun yeni ştammlarını daha yüngül keçirir? - HƏKİM AÇIQLADI

16 İyun 2021 22:13

Gənclər yeni koronavirus ştammlarını daha yüngül keçirir.

Milli.Az xəbər verir ki, bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik iş üzrə direktor müavini Natalya Pşenimnaya söyləyib.

"COVID-19-un klinik təzahürləri bir qədər dəyişib, lakin ARVI simptomlarının məlum spektrindən kənara çıxmır, əksər hallarda xəstəliyi gənclər daha yüngül keçirir, eyni zamanda qeyri-ciddi davranışlarının nəticələrini anlamadan COVID-19-u aktiv şəkildə yayan əsas infeksiya mənbəyi də gənclərdir", - mütəxəssis açıqlamasında bildirib.

Pşeniçnaya izah edib ki, yeni koronavirus ştammları simptomlar mövsümi SARS-a bənzəyir, buna görə gənclər onları ciddi qəbul etmir və normal həyatlarını davam etdirirlər. (publika.az)

Milli.Az