Afaq Aslan sevgilisi ilə Dubayda - FOTO

15 İyun 2021 14:42

Qeyri-adi fotoları və cəsarətli pozaları ilə populyarlaşan müğənni Afaq Aslan sevgilisi ilə görüntülərini paylaşıb.

Milli.Az "yenisabah.az"a istinadən xəbər verir ki, Dubayda səfərdə olan ifaçı sosial şəbəkə hesabında sevgilisinin üzünü gizlədərək əllərini paylaşıb.

O, paylaşıma "Nəhayət, sevgilimlə..." - şərhini yazıb.

Qeyd edək ki, açıq-saçıq fotosessiyaları ilə sosial medianın gündəmini zəbt edən müğənni bir müddət əvvəl ailə qurmağa hazırlaşdığını demişdi.

O,  ailə quracağı şəxsin əslən braziliyalı olduğunu bildirmişdi.

Milli.Az