Ermənistan ordusu talan edilir - Erməni mediası

15 İyun 2021 13:12

Ermənistanın "Vətəndaş Müqaviləsi" partiyası siyahısına daha bir düşərgə dəyişdirəni, 2000-2008-ci illərdə Ermənistan Müdafiə nazirinin arxa cəbhə üzrə müavini - Ermənistan Silahlı Qüvvələrinin arxa cəbhə rəisi işləmiş Qurqen Malkonyanı əlavə edib.

Milli.Az ordu.az-a istinadən xəbər verir ki. bu barədə "Hayeli" nəşri yazıb.

Nəşr qeyd edir ki, Melkonyana dolayı şəkildə ittiham oxları yönəldilir.

"Bu ittihamlara əsasən, erməni ordusunun və əsgərinin çörəyi talan ediliyi üçün əsgərlər 2000-ci illərdə ac olublar.

Və beləliklə. 3 səhifədən ibarət bəyannamədə Melkonyan qeyd edib ki, İrəvanın kənar hissələrindən birində, Şeram küçəsində 1 mənzilə, Armavir vilayətinin Haykaşen kəndində 1 xüsusi evə sahibdir.

Melkonyan daşınan əmlak qeyd etməyib, 8 milyon dramı aşan əmlak da qeyd etməyib. O, Əmək və Sosial Məsələlər Nazirliyindən təqaüd olaraq 2 milyon 806 min 800 dram gəlir alır.

Deputat vəzifəsinə namizəd gəlir olaraq torpaq əkinindən və kənd məhsulunun satılmasından aldığı 15 milyon dramı elan edib. Bəyannaməni açıqladığı günə olan vəziyyətə əsasən, Melkonyan qeyd edib ki, onun maddi vəsaitləri 17 milyon dram təşkil edir. Melkonyan daha bir MMC-də 100 faizlik səhmdardır", - deyə nəşr qeyd edib.

Milli.Az