Əlilin etirafları ilə bağlı araşdırma - VİDEO

15 İyun 2021 11:36

Prokurorluq M.Hacıyevin məlumatları ətrafinda araşdırmalara başlayıb

Milli.Az bildirir ki, Real TV-yə xəstəxana şəraitində müsahibə verən bu şəxs qazilərimizin adından sui-istifadə edən, müxtəlif skandallarda adı keçən, bir müddət əvvəl özünə od vurub yandırmağa cəhd edən, əlil yoldaşları tərəfindən amasızlıqla döyülən Məhəmmədəli Hacıyevdir.

Artıq onun açıqlaması və etirafları ilə bağlı Prokurorluq orqanları araşdırmalara başlayıb.

Vətəndaş Məhəmmədəli Hacıyevin qanunsuz olaraq Binəqədi rayon ərazisində meyvə-tərəvəz satışı məntəqəsinin fəaliyyət göstərməsi ilə bağlı Binəqədi rayon icra hakimiyyəti və polis əməkdaşlarının tələblərinə etiraz olaraq özünü yandırması faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda hazırda araşdırma aparılır.

Real TV-də yayımlanan "Mir Şahinin vaxtı" verilişində Məhəmmədəli Hacıyevin Malik adlı şəxs tərəfindən bir qrup şəxsin idarə olunması, müxtəlif yerlərdə qanunsuz olaraq torpaq sahələrininin, qeyri-yaşayış obyektlərinin zəbt edilməsi məqsədilə qəsdən insidentlərin yaradılması və bunun müqabilində müəyyən məbləğdə pul almaları barədə qeyd etdiyi yeni xüsusatlara Binəqədi rayon prokurorluğunda aparılan araşdırma çərçivəsində hüquqi qiymət veriləcək və araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir.

Qeyd edək ki, Hacıyev Məhəmmədəli İsgəndər oğluna ilk dəfə 2013-cü ildə psixi pozğunluq,davranış pozğunluğu,şizofreniya xəstəliyi səbəbindən 2-ci qrup əlillik təyin edilib. 1 il müddətinə sonra eyni xəstəliklə 2-ci qrup əlillik təyin edilib. 2017-ci ildə isə odlu silahdan yaralanma,səthi qəlpə yaralanması səbəbi ilə bu vətəndaşın əlillik təyinatı dəyişdirilərək ARƏB üzrə 2-ci qrup təyinatı aparılır 5 il müddətinə vətəndaş təkrar əyani müayinəyə dəvət edilib və ona yenidən ümumi səbəbdən 2-ci qrup müddətsiz əlillik təyin edilib Hazırda vətəndaş ümumi səbəbdən 2-ci qrup əlildi.

Milli.Az