AVRO-2020 - “Ölüm qrupu” başlayır

15 İyun 2021 10:18

AVRO-2020-də qrup mərhələsinin I turu başa çatır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün sonuncu - F qrupunda mübarizəyə start veriləcək.

Bununla "ölüm qrupu"nda ilk görüşlər keçiriləcək. Əvvəlcə son Avropa çempionu Portuqaliya meydana çıxacaq. Kriştiano Ronaldonun başçılıq etdiyi komanda Budapeştdə qrupun autsayderi sayılan Macarıstanın qonağı olacaq.

Birinci tura Münhendə yekun vurulacaq. Turun mərkəzi qarşılaşmasında son dünya çempionu Fransa böyük yarışların hər zaman iddialılarından olan Almaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Rəqibini sonuncu dəfə 2014-cü ildə məğlub etməyi bacaran almanlar yenilənmiş heyətlə turnirin bir nömrəli favoriti önündə 7 illik həsrətə son qoymağa çalışacaq.

AVRO-2020
I tur, 15 iyun
F qrupu
20:00. Macarıstan - Portuqaliya
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Budapeşt. "Puşkaş Arena"

23:00. Fransa - Almaniya
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Münhen. "Allyans Arena"

Milli.Az