Yol polisi bu sürücüləri cərimələyir - Bəs qanun nə deyir? - VİDEO

15 İyun 2021 11:42

Avtomobildə məişətdə istifadə olunan qaz balonu aşkar edildiyi üçün, həmin nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb. Paytaxtın Sabunçu rayonu, Kürdəxanı kənd sakini Almas Şabanov iddia edir ki, yol polisi onun avtomobilini qanunsuz olaraq cərimə meydançasına aparıb. Bəs görəsən onun  iddasi düzdürmü? Bu məsələ yol hərəkəti haqqında qanunda necə əksini tapıb? Əməkdaşlarımız məsələyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən də münasibət öyrəniblər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, məişətdə istifadə etdiyi qaz balonunu sürücünün avtomobilində aşkar edən yol polisi, həmin nəqliyyat vasitəsini cərimə meydançasına apardı. Üstəlik sürücü barəsində də heç bir prataokol tərtib etmədən.

Belə bir hadisə ilə Paytaxtın Sabunçu rayonu, Kürdəxanı kənd sakini Almas Şabanov qarşılaşıb. Onun sözlərinə görə, ötən gün Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində məişətdə istifadə olunan qaz balonuna qaz doldurub çıxan zaman, dövlət qeydiyyat nişanı 422 nömrəli olan yol polisi avtomobili onu saxlayıb.

Almas Şabanov iddia edir ki, avtomobildə məişətdə istifadə edilən qaz bolonu olduğuna görə, yol polisi əməkdaşı ona heç bir protokol tərtib etmədən, özünün müşaiəti ilə nəqliyyat vasitəsini cərimə meydançasına aparıb.

Şikayətçi Almas Şabanov onu da bildirdi ki, avtomobili hazırda cərimə meydançasında olduğundan işlərini həyata keçirə bilmir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, şikayətçi iradlarında haqlıdır.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirir ki, yol hərəkəti haqqında qanunun 57-ci maddəsinə əsasən, tezalışan, partlayış qorxusu olan, radioaktiv, güclü zəhərləyici maddələr və ya digər təhlükəli yüklər yalnız fərqləndirmə-tanınma nişanları olan xüsusi avtomobillərdə daşına bilər.

Araz Əsgərli vurğuladı ki, araşdırma aparıldığından Almas Şabanovun avtomobili hərəkətdən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb.

Milli.Az